
Azərbaycan-Çin münasibətləri yeni mərhələdə
16 Aprel 23:35
16 Aprel 23:35
16 Aprel 23:18
16 Aprel 17:46
15 Aprel 23:33
Abituriyentlərin Polis Akademiyasına sənəd qəbulu başlayıb. Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan hüquqşünaslıq ixtisasına 500, I qrupdan informasiya təhlükəsizliyi ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Qeyd edilib ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.