Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü Hadisə

Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü

Bu günə qədər bələdiyyə seçkisində 755 nəfər namizəd kimi qeydə alınıb.

Xalqcebhesi.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qurum sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bir nəfər dünyasını dəyişdiyindən 754 nəfər namizəd qalıb:

“Ümumilikdə, 15 min 886 nəfər namizədlik üçün müraciət edib. 6 min 889 nəfər vərəqələrini götürüb. 2 079 nəfər isə imza vərəqələrini qaytarıb”.