DSX rəisi türkiyəli generalla görüşdü Hadisə

DSX rəisi türkiyəli generalla görüşdü

Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Səlçuq Bayraqdaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib, iki ölkə arasında müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində əlaqələr müzakirə edilib.

Bu barədə Xalqcebhesi.az-a DSX-nin Mətbuat xidmətindən məlumat verilib.

Müzakirələr zamanı iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi, müdafiə və sərhəd təhlükəsizliyi istiqamətində də əlaqələrin ən yüksək səviyyədə inkişafına zəmin yaratması vurğulanmış, qarşılıqlı əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.

Görüşdə Dövlət Sərhəd Xidməti və Türkiyənin Quru Qoşunları Komandanlığı arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş, birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.