Sənaye parklarında yeni zavodlar qurulur
25 Dekabr 23:33
Üçüncü kurs tələbəsiyəm. Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə təhsil alıram. Təhsil aldığım ali məktəb, oxuduğum ixtisas mənim həyatımı büsbütün dəyişdirdib.
Çünki mənim üçün jurnalistika yalnız peşə deyil, həyatımın anlamını tapdığım işıq yolu oldu. Bu sahə, hər an yeni məlumatlarla, hekayələrlə və insanlarla qarşılaşmaq imkanı yaratdı. Hər gün dünyaya yeni bir baxış bucağı ilə yanaşmaq, fərqli mövzuları öyrənmək və insanlara doğru məlumat çatdırmaq mənə böyük bir ruh yüksəkliyi verdi. Bu peşə mənim düşüncəmi, dünyaya baxışımı dəyişdi və insanlara münasibətimə də təsir göstərdi. Beləki hər an özümü peşəkar jurnalist kimi inkişaf etdirmək üçün çalışıram, maarifləndirici tədbirlər də iştirak edirəm, könüllülük fəaliyyəti göstərərək yeni dostlar və təcrübə qazanıram.
Bir zaman gələcək ki, tələbəlik illərimi boşuna deyildə, dolu-dolu yaşadığımı xatırlayacam. O yadda qalan günlərdən biri də Azərbaycan Televiziyasında keçdiyim təcrübə müddətim oldu. Eləki təcrübəmizin ilk günü idi. Rəfiqəmlə birgə söhbətləşərək kanala gedirdik. Buraya mən birinci dəfə idi ki, gəlirdim. Qapıdan içəri keçəndə rəfiqəmə baxıb dedim “İlahə mən özümü burda çox rahat hiss edirəm. Bura nədənsə mənə çox doğma hiss etdirdi“. Rəfiqəm fikrimi təsdiqləyərək gülümsədi. Və mən yeni bir başlanğıca imza atdım.
Bir jurnalist kimi ilk addımlarımı atarkən Aztv-də keçirdiyim təcrübə həyatımda xüsusi bir yer tutdu. Sizlərlə bu təcrübə müddətindən təəssüratlarımı paylaşmaq istərdim. Biz təcrübəmizi Azərbaycan Televiziyasının nəznində yerləşən Azərbaycan Radiosunun” İnformasiya proqramları” redaksiyasında keçdik.Oradakı hər bir gün mənim üçün bir məktəb, bir inkişaf mərhələsi idi. Peşəkarlıq, kollektiv əməkdaşlıq və yaradıcı yanaşma burada məni qarşılayan əsas dəyərlərdən oldu. Hər an, hər məqam mənə öyrətdi ki, jurnalistika təkcə bir peşə deyil, həm də böyük məsuliyyət və sevgi tələb edən bir sənətdir.
Azərbaycan Televiziyası o cümlədən, Azərbaycan Radiosun da son dövrlərdə tətbiq etdiyi yeniliklərlə daim tamaşaçıların və dinləyicilərin diqqətni çəkir. Xüsusilə texnoloji baxımdan müasirləşmə, rəqəmsal platformalarda fəallıq və proqramların daha da keyfiyyətli təqdim edilməsi mənim üçün çox maraqlıdır. Hər gün Azərbaycan radiosunda işlərin necə sürətli, dəqiqliklə və yüksək standartlarla aparıldığını görmək məni heyran etdi.
Kollektiv isə ayrı bir mövzudur. Orada hər kəs sanki böyük bir ailənin üzvü idi. Təcrübəçi olaraq bizə xüsusi qayğı göstərilir, hər bir sualımıza səbrlə cavab verilir və fəaliyyətimizdə istiqamət verilirdi. Komandadakı mehribanlıq, hər kəsin bir-birinə dəstək olması və səmimi münasibət iş mühitini daha da rahat və gümrah edirdi.
Ən yaddaqalan məqamlardan biri isə, radioda fərqli insanlarla işləmək imkanı idi. Hər biri öz sahəsində mütəxəssis olan həmkarlarla birgə çalışmaq mənim üçün həm böyük bir fürsət, həm də dəyərli bir dərs idi. Bu təcrübə müddətində yalnız jurnalistikada deyil, ümumiyyətlə iş mədəniyyətində də çox şey öyrəndim.
Aztv-də keçirdiyim bu bir ay mənim üçün peşəkar biliklərimi artırmaqla yanaşı, insani keyfiyyətlərimi də inkişaf etdirdi. Yeniliklərə açıq olmaq, öyrənməyə davam etmək və komandada birlik ruhunun əhəmiyyətini dərk etmək baxımından bu təcrübəni hər zaman böyük minnətdarlıqla xatırlayacağam.
Fatimə Quliyeva
Bakı Slavyan Universitetinin tələbəsi