Aktauda yaşayan azərbaycanlı: Qanvermə aksiyasına qoşulmaq üçün 300-ə yaxın insan toplaşıb Hadisə

Aktauda yaşayan azərbaycanlı: Qanvermə aksiyasına qoşulmaq üçün 300-ə yaxın insan toplaşıb

Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanlar yardım məqsədilə Aktauda yaşayan soydaşlarımız qanvermə aksiyasına qoşulublar.

Bu barədə Qazaxıstanın Aktau şəhərində yaşayan Sarvan Səfərliyev APA-ya açıqlamasında deyib.

O bildirib ki, hadisə barədə dostlarından məlumat alıb: “Qəza xəbərini eşidən kimi qanvermə aksiyasına yollandıq. Burada ruslar, azərbaycanlılar və qazaxlardan ibarət böyük bir izdiham var. Hər kəs qanvermə aksiyasına qatılmağa gəlib”.

Sarvan Səfərəliyev onu da qeyd edib ki, Aktau şəhərinin Qan Bankında qanvermə aksiyasına qoşulmaq üçün təxminən 300-ə yaxın insan toplaşıb.