Diaspor təşkilatının sədri: Təyyarə qəzasında xəsarət alanların bəzilərinin vəziyyəti çox ağır, bəzilərininki isə orta-ağır qiymətləndirilir Hadisə

Diaspor təşkilatının sədri: Təyyarə qəzasında xəsarət alanların bəzilərinin vəziyyəti çox ağır, bəzilərininki isə orta-ağır qiymətləndirilir

Hazırda Aktau şəhərinin Mərkəzi Xəstəxanasında 27 nəfər müalicə olunur.

Bunu APA-ya açıqlamasında Qazaxıstandakı “Dostluq” etnomədəni birliyinin sədri Şəmsəddin Hüseynov deyib.

Onun sözlərinə görə, iki azyaşlı isə uşaq şöbəsinə yerləşdirilib.

“İnsanlar qanvermə aksiyasına qoşulmaq üçün xəstəxanaya axın edirlər. Verilən məlumata görə, xəsarət alanların bəzilərinin vəziyyəti çox ağır, bəzilərinin vəziyyəti də orta-ağır qiymətləndirilir”, - o bildirib.

Şəmsəddin Hüseynov həmçinin, qeyd edib ki, Azərbaycanın nümayəndə heyəti, Aktau şəhərindəki Baş konsolu da hazırda xəstəxanadadır.