AZAL-ın təyyarəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb Hadisə

AZAL-ın təyyarəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən bildirilib.

"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində üç Qırğızıstan vətəndaşı xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır", - Qırğızıstan XİN-in yaydığı məlumatda qeyd olunub.