FHN və AZAL-ın birgə məlumatı Hadisə

FHN və AZAL-ın birgə məlumatı

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Azərbaycan Hava Yolları” QSC birgə məlumat paylaşıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, “Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək.

Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar.

Bununla bağlı Azərbaycanın və Qazaxıstatın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.