GAK təyyarə qəzası ilə bağlı başsağlığı verib Hadisə

GAK təyyarə qəzası ilə bağlı başsağlığı verib

Başın sağ olsun, Azərbaycan!

Bu gün, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlarında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini üzüntülər və kədər içində qarşıladıq.

Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, qəza nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına, bütövlükdə Azərbaycan Respublikasına, Azərbaycanın Gürcüstandakı səfirliyinə dərin hüznlə başsağlığı veririk. Səbirlər diləyirik! Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfalar arzulayırıq!

Qardaş Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!

Azərbaycan Prezidentinin faciə ilə bağlı dekabrın 26-da Azərbaycanda matəm elan edilməsi Sərəncamını da təqdirlə qarşılayırıq.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq, həmin günə planlaşdırılan bütün bayramqabağı tədbirləri təxirə saldıq.

Allah rəhmət eləsin!

Başın sağ olsun, Azərbaycan!

Cavid