Azərbaycan səfirliyində təyyarə qəzası ilə əlaqədar başsağlığı kitabı açılacaq Hadisə

Azərbaycan səfirliyində təyyarə qəzası ilə əlaqədar başsağlığı kitabı açılacaq

Cari ilin 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazisində 26 dekabr tarixində matəm elan olunub.

Bu məqsədlə, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində cari ilin 26 dekabr (saat 13:00-18:00) və 27 dekabr (saat 10:00-13:00 və saat 15:00-18:00) tarixlərində başsağlığı kitabı açılacaq.

Eyni zamanda başsağlığı qeydləri elektron qaydada [email protected] email vasitəsilə də qəbul ediləcək.

Cavid