Aktauda qəzaya uğrayan təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir Hadisə

Aktauda qəzaya uğrayan təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir

Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfər bu gün ölkəyə gətirilir.

Vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir.