Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
Rusiya, Qazaxıstan və Azərbaycan Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı məlumatları gizlətmək niyyətində deyil.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev deyib.
Onun sözlərinə görə, bütün məlumatlar ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.