Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
“Özünə isti geyim almışdı ki, Çeçenistan soyuq olur, orada geyinər”.
APA xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Şəmkir rayon sakini 26 yaşlı Ramin İbrahimovun atası Mahir İbrahimov deyib.
O bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş: “İsti paltarlar almışdı. Axşam yemək yedi. Ailəlikcə onu yola saldıq. Axırıncı dəfə səhər saat 9-a 11 dəqiqə işləmiş anasına səs göndərmişdi. Dedi ki, oturub təyyarənin qalxmağını gözləyir. Mən isə hadisənin baş verdiyini saat 11-də bildim”.
M.İbrahimov əlavə edib ki, hadisə barədə sosial şəbəkədən xəbər tutublar: “Evə gələndə qardaşım zəng edərək bildirdi ki, sosial şəbəkədə təyyarə qəzası ilə əlaqəli videoları görüb. Mən də tez televizoru açıb xəbəri gördüm”.