Bakıya gətirilən yaralılardan biri reanimasiyaya yerləşdirildi Hadisə

Bakıya gətirilən yaralılardan biri reanimasiyaya yerləşdirildi

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yeni Klinikadan bildirilib.

Məlumata görə, 14 nəfərdən 13-ü palataya, biri isə reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınmışdı.