Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTO Hadisə

Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTO

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzasında xeyli sayda insanı xilas edərək, qəhrəmanlıqla həyatını itirən pilotlardan biri, İqor Kşnyakini tanıyanlar yaşadığı binanın qarşısına toplaşaraq xatirəsinə ehtiramlarını ifadə edir, divara vurulmuş fotoşəkilinin önünə gül dəstələri düzürlər.

APA xəbər verir ki, 251 nömrəli məktəbin şagirdləri İqor Kşnyanikin fotosu önünə gül dəstələri qoyub, xatirəsini anıblar.

Uzun müddət onunla qonşuluqda yaşayan Mehman Şöyübov qəhrəman pilotu belə xatırlayır: “İqor çox gözəl qonşu idi. Sonuncu dəfə yanımızdan keçəndə salamlaşdıq. Hər zaman yaxşı insan olub, xatirimdə elə də qalacaq. Onun haqqında danışmaq çox çətindir. Ailədə də çox hörmətli idi, mehriban idi. Xəbəri eşidəndə heç kim inanmadı, çünki o həm də gözəl pilot idi. Televizordan eşitdik ki, belə bir faciəvi hadisə olub. Biz indi də elə bilirik ki, qayıdacaq. İşini sevən, ondan zövq alan insan idi. Uzun müddət idi işləyirdi, həmişə də işinə həvəslə yanaşırdı”.

Asim Kazımov isə deyir ki, İqoru pilot geyimində görəndə hər zaman fərəh hissi keçirib: “Mən 7 ildir burada yaşayıram. Həmişə də onu özümə yaxın insan bilmişəm. Tez-tez rastlaşıb söhbətləşirdik. Çox sağlam və gümrah insan idi. Onu pilot geyimində görəndə deyirdim, qəhrəman doğulmusan. O elə insan kimi də qəhrəman idi. Baxmayaraq ki, rus idi, amma hamı ilə Azərbaycan dilində danışırdı. Mən onu qəzadan bir gün əvvəl görmüşdüm. Səhəri gün onu itirəcəyimizi ağlıma da gətirmədim. Çox məsuliyyətli insan idi. Hər dəfə də getdiyi ölkələr barədə danışırdı”.

Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq. Onların nəşi Qazaxıstandan gətirilərək II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir - FOTOLENT