Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarə geri qayıdıb Hadisə

Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarə geri qayıdıb

“Azərbaycan Hava Yolları” (AZAL) mətbaut xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.