AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb Hadisə

AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Bu barədə Xalqcebhesi.az-a AZAL-dan bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınıb. Bu səbəbdən də Bakıdan Rusiyanın hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılıb.