Audiovizual Şuranın elan etdiyi 2 müsabiqəyə sənədqəbulu başa çatmışdır Hadisə

Audiovizual Şuranın elan etdiyi 2 müsabiqəyə sənədqəbulu başa çatmışdır

Ümumölkə yerüstü radio yayımçısı lisenziyalarınınverilməsi üçün Azərbaycan Respublikası AudiovizualŞurasının 07 noyabr 2024-cü il tarixli 38/24-17 və 39/24-17 nömrəli qərarları ilə 18 noyabr tarixindən elan etdiyi 2 müsabiqə üzrə sənəd qəbulu başa çatmışdır. Hər birmüsabiqə üzrə Audiovizual Şuraya sənədlərini təqdimetmiş ərizəçilər aşağıdakılardır:

Birinci müsabiqə üzrə:

(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayımaparılacaq radiotezlik 88.7 MHs)

"Pro Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radiokanalın adı: "Planet FM")

"Broadcast Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radiokanalın adı: "Dalğa FM")

Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")

"Balans Studiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (radiokanalın adı: "ANS ÇM")

İkinci müsabiqə üzrə:

(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayımaparılacaq radiotezlik 92.5 MHs)

"Pro Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radiokanalın adı: "Planet FM")

"Broadcast Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radiokanalın adı: "Dalğa FM")

Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")

"Üçbucaq Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radiokanalın adı: "Gənc FM")

"Media haqqında" Azərbaycan Respublikası Qanununun52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətindəAudiovizual Şura tərəfindən təqdim olunmuş sənədlərəbaxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və yamüsabiqəyə buraxılmasından imtina edilmələri barədəqərarlar qəbul ediləcəkdir.