Bakıya təxliyə edilənlərdən biri əməliyyat olundu Hadisə

Bakıya təxliyə edilənlərdən biri əməliyyat olundu

Təyyarə qəzasında üst damaq, baldır və çanaq nahiyəsində sınıq qeydə alınan şəxs (qadın cinsli) üzərində cərrahi əməliyyat uğurla icra olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, xarici fiksator cihazı ilə osteosintez əməliyyatı olunan xəstənin vəziyyəti stabildir.

"Tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə olunan xəstələrdən bir nəfər reanimasiya, digərləri isə müvafiq şöbələrə yerləşdirilib. Hazırda 12 nəfərin (8 kişi cinsli, 3 qadın cinsli) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir. 1 nəfərin (qadın cinsli) vəziyyəti orta ağır, 1 nəfərin (kişi cinsli) vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin sınığı, əzilməsi, travması, eləcə də tənəffüs çatışmazlığı, pnevmotoraks diaqnozları təyin edilib.