Təyyarə qəzasının ilkin nəticələri nə vaxt bəlli olacaq?
30 Dekabr 2024 23:51
30 Dekabr 2024 23:51
30 Dekabr 2024 22:09
30 Dekabr 2024 18:06
30 Dekabr 2024 16:54
“2024-cü il Azərbaycan üçün bir çox sahələrdə, xüsusilə qlobal məkanda əldə edilən nailiyyətlərlə yadda qaldı. Bu sırada artıq başa çatmaq üzrə olan il ərzində Bakıda keçirilən COP29 tədbirini xüsusilə qeyd etməliyik”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir İsmayılov deyib.
O bildirib ki, COP29 Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək baxımından daha bir müsbət nümunəni nümayiş etdirdi: “Digər tərəfdən bu tədbir Azərbaycanın insanların, bəşəriyyətin, dünyanın gələcəyi məsələsinə heç də biganə qalmadığını, həmçinin bəzi Qərb ölkələrindən fərqli olaraq bu məsələdə sözdə deyil, əməldə də real addımlar atdığını ortaya qoydu”.
N.İsmayılovun sözlərinə görə, COP29 tədbiri, eyni zamanda, Azərbaycanın QHT sektorunun fəallığı ilə seçildiyini, ən strateji məqamlarda dövlətin yanında olduğunu və qlobal proseslərə hazır olduğunu da göstərdi: “Qeyd edim ki, rəhbərlik etdiyimi Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyi də daxil olmaqla QHT sektorunun əksər təmsilçiləri bu prosesdə müsbət mənada fərqləndilər. Demək olar ki, COP29 məkanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Milli QHT Forumunun öncüllüyündə keçirilən tədbirlər isə bu beynəlxalq konfransın qonaqlarının daim diqqət mərkəzində oldu. Bundan başqa QHT sektoru həmin tədbir günlərində bəzi aksiyalarla, təklif və təşəbbüslərlə çıxış etdi. Bu da ümumilikdə Azərbaycanın QHT sektorunun çağırışlara cavab verdiyini ortaya qoymuş oldu”.
Röya İsrafilova