Təyyarə qəzasının ilkin nəticələri nə vaxt bəlli olacaq?
30 Dekabr 2024 23:51
30 Dekabr 2024 23:51
30 Dekabr 2024 22:09
30 Dekabr 2024 18:06
30 Dekabr 2024 16:54
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Qusar sakini Əli Əlimirzəyevin cənazəsi doğma kəndinə gətirilib.
APA-nın şimal bürosu xəbər verir ki, vida mərasimindən sonra Sudur oba kənd qəbiristanlığında bacısı Xədicə Əlimirzəyevanın yanında torpağa tapşırılıb.
Qeyd edək ki, təyyarə qəzasında həlak olanlardan ikisi Qusar rayonundadır. Bacı-qardaş olan, 22 yaşlı Əli Əlimirzəyev və 19 yaşlı Xədicə Əlimirzəyeva Qusar rayonunun Sudur oba kənd sakinləridir.
Xatırladaq ki, Xədicə Əlmirzəyevanın nəşi dekabrın 27-də Sudur oba kənd qəbiristanlığında dəfn olunub.