İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
1 Yanvar 23:01
1 Yanvar 19:46
30 Dekabr 2024 23:51
2024-cü il dekabrın 29-da Daxili İşlər Nazirliyi yanında İctimai Şura növbəti toplantısını onlayn formatda keçirdi. İclasda Şuranın 13 üzvü və Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşı Elesevər Həsənov iştirak edirdi.
İctimai Şuranın sədri Əliməmməd Nuriyev iclasın gündəliyini iştirakçılara təqdim etdi və müzakirəyə çıxarılan iki əsas məsələ qəbul edildi. Bu məsələlər 2024-cü ilin yekunları və İctimai Şuranın fəaliyyətinə dair hesabatın təqdimatı, həmçinin 2025-ci il üçün fəaliyyət planı və prioritet istiqamətlərin müzakirəsi idi.
İctimai Şuranın 2024-cü ildəki fəaliyyəti ilə bağlı əsas məqamlar iclasda diqqətə çatdırıldı. Şura tərəfindən il ərzində üç iclas keçirilmiş, 42 vətəndaş qəbul olunmuşdur. İctimai Şura üzvləri və sədri tərəfindən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yeddi çıxış edilmişdir. 2024-cü il ərzində təşkil olunan ən mühüm tədbirlərdən biri "Kibercinayətkarlıq hallarına qarşı mübarizədə ictimai maarifləndirmə və məlumatlandırma" mövzusunda keçirilən ictimai dinləmə olmuşdur. Bu tədbirdə dövlət qurumlarının, vətəndaş cəmiyyətinin və ekspertlərin iştirakı təmin edilmişdir.
Şura üzvləri Mehriban Zeynalova, Gülayə Səfərova, Vüsalə Hüseynova, Rauf Zeyni, Araz Nurməmmədov və Arzuman Abdulkərimov çıxış edərək 2024-cü ildə görülən işlərə dair fikirlərini bildirdilər. Şura üzvlərinin qaldırdığı məsələlərə dair Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşı Elesevər Həsənov tərəfindən izahatlar verildi.
İclasda 2025-ci il üçün fəaliyyət planı təsdiqləndi. Gələn il üçün əsas prioritetlər arasında Daxili İşlər Nazirliyi ilə ictimaiyyət arasında əlaqələrin gücləndirilməsi, gənclər və yeniyetmələr üçün hüquqi biliklərin artırılması üzrə tədbirlərin təşkili, narkomaniya və məişət zorakılığına qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin genişləndirilməsi və kibertəhlükəsizlik mövzusunda ictimai dinləmələrin keçirilməsi yer alır.
Toplantının sonunda Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın 2024-cü ildəki fəaliyyəti qənaətbəxş hesab edildi.
DİN yanında İctimai Şura, vətəndaşlarla dövlət qurumları arasında şəffaflıq və ictimai nəzarət mexanizmlərini gücləndirmək üçün fəaliyyətini davam etdirir.