Külli miqdarda balıqtutan torlar aşkarlandı - Foto Hadisə

Külli miqdarda balıqtutan torlar aşkarlandı - Foto

Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda Çin Xalq Respublikasından Azərbaycan Respublikası vətəndaşının ünvanına gələn yüklərə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Xalqcebhesi.az-a bildirilib ki, yoxlama zamanı gömrük bəyannaməsində “futbol topları və termos” kimi qeyd olunan yükün içərisindən gömrük orqanına bəyan edilməyən, mülki dövriyyədən çıxarılan və idxalına icazə verilməyən diametri 0.5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərinin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli 4846 ədəd balıqtutan tor aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.