Abşeronda 66 yaşlı qadının küçədə meyiti tapılıb Hadisə

Abşeronda 66 yaşlı qadının küçədə meyiti tapılıb

Abşeronda küçədə qadın meyiti tapılıb.

Xalqcebhesi.az xəbər verir ki, hadisə Saray qəsəbəsi Vaqif küçəsində qeydə alınıb.
1959-cu il təvəllüdlü Şaxaxanım İmran qızı Əliyevanın evinin yaxınlığında küçədə yıxılaraq öldüyü bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.