Oleq Bakinski işində yenilik: Bir həftə önə çəkildi Hadisə

Oleq Bakinski işində yenilik: Bir həftə önə çəkildi

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı dəyişib.

Xalqcebhesi.az APA-ya istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 10-na təyin olunub.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, daha öncə cinayət işi hakim Kamran Muxtarovun icraatına verilmişdi. Məhkəmənin hazırlıq iclası isə yanvarın 17-nə təyin edilmişdi.

Oleq Bakinski ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfinfən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.