Gədəbəydə 37 yaşlı piyadanı avtomobil vurub Hadisə

Gədəbəydə 37 yaşlı piyadanı avtomobil vurub

Gədəbəydə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü R.Qurbanov yolu keçmək istəyərəkən onu avtomobil vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.