Xırdalanda 72 yaşlı kişi dəm qazından boğularaq ölüb Hadisə

Xırdalanda 72 yaşlı kişi dəm qazından boğularaq ölüb

72 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Hadisə Xırdalanda baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Rəşid Məmmədov yaşadığı evdə 2 gözlü qaz peçinin yanıq vəziyyətdə qalması səbəbindən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.