Ağcabədidə 7 yaşlı bacısı oğlunu ağacla döyüb öldürən çobana ağır cəza verilib Hadisə

Ağcabədidə 7 yaşlı bacısı oğlunu ağacla döyüb öldürən çobana ağır cəza verilib

Ağcabədidə azyaşlı bacısı oğlunu öldürməkdə təqsirləndirilən Natiq Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Natiq Babayev 18 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 9-da Ağcabədi rayonunda baş verib.

Fermada çoban işləyən 39 yaşlı Natiq Babayev otlaq sahəsində bacısı oğlu 7 yaşlı Anar Əhmədovun başına ağacla bir neçə dəfə zərbə vurub.

Azyaşlı aldığı xəsarətlərdən ölüb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.