Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var Hadisə
- 18:27
- 567
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə beş nəfərin müalicəsi Yeni Klinikada davam etdirilir, bir nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, təxliyə olunan zaman ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar müalicəsi də uğurla davam etdirilib.
"Hazırda stasionar müalicəsi davam etdirilən digər şəxslərdən 2 nəfərin vəziyyəti qənaətbəxş, 1 nəfərin vəziyyəti kafi, Reanimasiya şöbəsində müalicə alan 2 nəfərin vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir.
Məlumat üçün bildirək ki, ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumları həmin şəxslərin məskunlaşdığı ərazilərdəki aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılır, zərurət yarandığı hallar üzrə psixoloji dəstəklə də təmin olunurlar", - məlumatda bildirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.
İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
-
Ukrayna ilə Rusiya danışıqlara hazırdır? - Ağ Ev
-
Bakıda aeroport yolunda "Audi" yandı
-
Britaniyanın qaz ehtiyatları təhlükəli dərəcədə azaldı
-
İran Ermənistana qoşun yeridə bilər - Video
-
"Qarabağ" imtina etdi, "Flamenqo" məbləği artırdı
-
Məhkəmədə Trampa hökm oxundu
-
ABŞ Rusiyaya sanksiyaları genişləndirdi
-
Magistraturaya qəbul imtahanı nə vaxt olacaq?
-
Bakıda daha iki avtobus marşrutu müsabiqəyə çıxarılır
-
Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi
-
Onlar bunun bədəlini ağır ödəyirlər - Netanyahu
-
Məşhur polkovnikə yüksək vəzifə verildi
-
DİN-dən silsilə əməliyyatlar: çox sayda saxlanılan var - Video
-
“Azcake” MMC-nin sexində ciddi nöqsanlar aşkarlandı
-
Onlar özlərinə yeni lider axtarırlar - Ərdoğan
-
Ukrayna rus qazının tranzitini bərpa edəcəkmi?
-
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
-
Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi
-
Zelenski elan etdi: 60 minlik ordu ilə Kurskda yeni əməliyyat...
-
Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
-
Ali məktəblərə imtahanların vaxtı açıqlandı
-
Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var
-
Dünya liderləri Türkiyənin regiondakı təsirini tanıyır - Ərdoğan
-
Husilər Təl-Əvivə PUA-larla hücum etdi
-
Klinika ölən blogerə görə cəzalandırıldı
-
Babacanyan: Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz
-
İmamoğlunun Dəməşqə səfəri ləğv edildi: İlk Ərdoğan gedəcək...
-
DGK: Ötən il narkotik dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub
-
Keniyada təyyarə qəzaya uğrayıb
-
1052-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
-
Prezident Litvanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
-
Son günlər hava niyə mülayim keçir? - Açıqlama
-
Müəllif qonorarlarının verilməsinə dair yeni qaydalar...
-
İraqın şimalında 3 terrorçu zərərsizləşdirilib
-
Şolts Kiyevə silah tədarükünün qarşısını alır
-
Rəhman Hümmətov: Nəqliyyat sahəsindəki bugünkü uğurlar 20 illik səmərəli işin nəticəsidir
-
İcraçı direktor: Ötən il ARDNF daşınmaz əmlak portfeli üzrə 200 milyon dollar həcmində yeni investisiya qoyub – MÜSAHİBƏ
-
Bakıda yaşayış binasında yanğın olub
-
Oleq Bakinskinin məhkəməsi başlayıb, onunla birgə ittiham olunan şəxs Ukraynada nazir müavini olub
-
Azərbaycan klubu üç basketbolçu ilə vidalaşıb
-
Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlara elmi dərəcələr üzrə əlavələr ödəniləcək
-
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ayıracağı qrantın maksimum həcmi müəyyənləşib
-
"Xamenei öldükdən sonra İranda rejim çökəcək"
-
AŞPA Gürcüstana faktaraşdırıcı missiya göndərəcək
-
Azərbaycan Prezidenti Küveyt səfirinin etimadnaməsini qəbul edib
-
AFFA inkişaf strategiyasının əsas hədəflərini açıqlayıb
-
Azərbaycanda ötən ay 7 nəfər zəhərlənmədən ölüb
-
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
-
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb
-
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binası evakuasiya edilib
-
Azərbaycanın qeyri-neft-qaz ixracı ötən il artıb
-
Yeganə Abbasova: "Əgər donor olmaq istəyən şəxs yaxın qohum deyilsə, məsələ ilə bağlı yalnız Etika Komissiyası qərar verə bilər"
-
Yanvar ayının təqaüdləri ödənilib
-
“Azərbaycanın daxili işlərinə qarışanlara çox sərt cavab verildi”
-
Musiqi dünyamızın unudulmaz simasi
-
Hakan Fidan: Rusiya Əsədin devrilməsi prosesində rasional hərəkət edib
-
Aİ-nin Ermənistanın Azərbaycanla sərhədindəki missiyasının müddətinin 2 il uzadılması təklif olunur
-
Belçika Kralı Prezident İlham Əliyevə başsağlığı verib
-
Ərdəbildə ekoloji peoblem - Şorabil gölünə dizel yanacağı axıdılır
-
"Görüş üçün heç bir şərt tələb olunmur"