Bakıda 3 nəfərin 23 min manatı dələduzluqla ələ keçirildi Hadisə

Bakıda 3 nəfərin 23 min manatı dələduzluqla ələ keçirildi

Nəsimi rayonunda dələduzluq edən 2 şəxs saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Nəsimi rayonu ərazisində 3 nəfərin ümumilikdə 23 min manatdan çox pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən - əvvəllər eyni əmələ görə məhkum olunmuş 44 yaşlı T.Yunisov və 42 yaşlı S.Səmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.