ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Şamaxı-Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi baş verib.
Xalqcebhesi.az xəbər verir ki, sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 3-4 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş də çətinləşib.
Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.
Xatırladaq ki, sözügedən avtomobil yolu 2019-cu ildə inşa edilərək istifadəyə verilib.