Bəzi rayonlarında arabir yağıntı olub, güclü külək əsib - FAKTİKİ HAVA Hadisə

Bəzi rayonlarında arabir yağıntı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Yanvarın 15-i saat 11:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, yanvarın 15-i saat 11.30-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Quba, Astara, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Qusar, Xaltan, Qobustan, Şamaxı, Qrızda 2, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.

Yanvarın 14-də şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Zəngilanda 21 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.

Sumqayıt, Naxçıvan, Şərur, Gəncə, Naftalan, Şəmkir, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Astara, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 1 dərəcəyə yaxın istidir.