Sumqayıtda 3 gün qabaq yanan qadın ölüb Hadisə

Sumqayıtda 3 gün qabaq yanan qadın ölüb

Sumqayıtda evdə yanan 71 yaşlı qadın xəstəxanada ölüb.

Hadisə 3 gün öncə Sumqayıt şəhər Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

1953-cü il təvəllüdlü Solmaz Əjdər qızı Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.

O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan müayinə və müalicələrə baxmayaraq o bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.