Ötən il vergi cinayətlərinə görə 19 nəfər həbs edilib Hadisə
- 11:20
- 847
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının qərəzli olaraq icra edilməməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və yalançı sahibkarlıq faktları üzrə cəmi 637 cinayət işi başlanıb.
Bu barədə “APA-Economics” DVX-yə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə 86 cinayət işinin icraatına xitam verilib, 88 nəfər barəsində 78 cinayət işi ittiham aktı tərtib edilərək Baş Prokurorluğa göndərilib. Cinayət işləri üzrə şübhəli şəxs qismində tutulmuş 19 nəfər şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqı tamamlanmış və bəraətverici əsaslar olmadan cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş məlumatlar üzrə 14,9 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə ödətdirilib.
Hesabat dövründə istintaq olunan cinayət işləri üzrə ümumilikdə 32,5 milyon manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin edilib.
2024-cü ildə müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 120 vergi ödəyicisində 159 vergi nəzarəti tədbiri həyata keçirilib, vergi ödəyicilərinə ümumilikdə 1,2 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 240 nəfər işçinin əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar olunaraq müvafiq tədbirlər görülüb.
Hesabat dövründə vergi borcu üzrə vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,8 milyon manat vəsait ödətdirilib.
-
Prokuror məşhur tiktokerə ağır cəza istədi
-
ABŞ səfirinin səlahiyyət müddəti başa çatdı
-
Pezeşkian və Putin Cənubi Qafqazı müzakirə etdi
-
İsrail əsirlərin azad olunacağı tarixi açıqladı
-
İraq prezidenti İlham Əliyevə başsağlığı verdi
-
Husilər İsrail şəhərlərinə kütləvi zərbələr endirdi
-
ABŞ Kiyevdə PUA istehsalına sərmayə qoyub - Məxfi
-
Pezeşkiandan Ukrayna böhranı ilə bağlı açıqlama...
-
Kobaxidze Əliyevə təşəkkür etdi
-
"Ermənistan artıq ruslardan ümidini kəsib"
-
“Yalquzaq” tamaşaçılara təqdim olunub
-
“Ermənistan imperialistlərə kölə olmaq siyasətini davam etdirir”
-
İrandan Azərbaycana gələn yük qatarında xeyli narkotik aşkar edilib
-
Putinlə Pezeşkian görüşdü: Strateji saziş imzalandı
-
Türkiyə 29 PKK terrorçusunu məhv etdi
-
Bakıda suşi hazırlayan müəssisədə nöqsanlar aşkarlandı
-
"Toplum TV" işi üzrə daha iki nəfər saxlanılıb
-
Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 18%-dən çox artıb
-
Çin lideri Trampla telefon danışığı aparıb
-
Küləyin sürəti güclənir - FAKTİKİ HAVA
-
Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi
-
Tramp Putinə bu zərəri ödətdirə bilər
-
1059-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
-
1990-cı ilin 20 yanvarı müstəqillik uğrunda mübarizənin başlanğıcı oldu
-
Rusiyanın qaz satışından gəlirləri azaldı
-
Kobaxidzenin Azərbaycana səfəri başa çatdı
-
NATO qoşunları Gürcüstana gəlir – 8 maya qədər...
-
Prezident Kobaxidzenin səfəri ilə bağlı bunu xüsusi vurğuladı
-
Əliyevlə Kobaxidzenin nahar əsnasında geniş tərkibdə görüşü...
-
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - Detallar
-
Bitkiçilik məhsullarının sertifikatlaşması daha da asanlaşdı
-
Qida təhlükəsizliyi tələblərini pozan şirin buğda emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
-
10 azərbaycanlı ağır həbs cəzası aldı
-
Ole-Qunnar Sulşer “Beşiktaş”ın baş məşqçisi təyin olunub
-
Yağış intensivləşəcək, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
-
Həmasdan atəşkəs açıqlaması
-
Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərindən yükdaşımalar artıb
-
Ali təhsil müəssisələrinə qəbul olanların sayı artıb
-
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə ötən il qazın nəqli 5%-dək artıb
-
BTC ilə tranzit neftinin nəqli ötən il artıb
-
ANAMA-da Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi ilə görüş keçirilib
-
Ötən il mobil operatorlar 1.2 mlrd. manatdan çox gəlir əldə ediblər
-
Boşanmaların sayında dəyişiklik olmayıb
-
Azərbaycanda ötən il 38 mlrd. manatlıq neft və qaz istehsal olunub
-
Azərbaycanda ölüm halları azalıb
-
Keçən ilin 11 ayında 3090 əkiz, 117 üçəm və 4 dördəm doğulub
-
Azərbaycan əhalisinin sayı açıqlanıb
-
2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37 mlrd. manatdan çox olub
-
Putinin Pezeşkianla görüşü başlayıb
-
Azərbaycanda əhalinin gəlirləri 6%-dən çox artıb
-
HAMAS: Qəzzada atəşkəs razılaşması ilə bağlı məsələlər həll olunub
-
Türkiyədə saxta içkidən ölənlərin sayı 38-ə çatıb
-
MN: Rusiya Kurskun Ukraynanın nəzarətində olan ərazilərinin 63,2 faizini azad edib
-
ANAMA: Qazaxın azad edilmiş kəndlərində indiyədək 875 mina və 32 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib
-
Hakan Fidan sabah Azərbaycana gələcək
-
Millət vəkili növbəti vətəndaş qəbulu keçirib
-
Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
-
Paşinyan Putini Aİ ilə münasibətlərlə bağlı məlumatlandırıb
-
Gürcüstan Baş naziri: Azərbaycanla əməkdaşlığımızın dərinləşməsində maraqlıyıq
-
Azərbaycan Prezidenti Gürcüstana səfərə dəvət edilib