"Kapital Bank"a kütləvi hücum: 200 minə yaxın əməliyyat...
18 Yanvar 22:06
18 Yanvar 22:06
18 Yanvar 21:25
18 Yanvar 18:17
17 Yanvar 23:25
Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə (Əliyev) məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.
Bu barədə Xalqcebhesi.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
DİN-in Baş idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Ayaz Aydın oğlu İsgəndərov saxlanılıb.
Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.