Biləsuvarda avtomobil kanala aşdı: yaralılar var Hadisə

Biləsuvarda avtomobil kanala aşdı: yaralılar var

Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində ağır qəza baş verib.

Xalqcebhesi.az xəbər verir ki, Bakı şəhər sakini Hüseynov İslam Vidadi oğlunun idarə etdiyi "Mersedes 190" markalı avtomobil nəzarətdən çıxaraq yol kənarındakı kanala yuvarlanıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Hüseynova Nigar İxtiyar qızı və Mirzəyev Məmmədhəsən Əhmədağa oğlu müxtəlif dərəcəli xəsarətlərlə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.