İlham Əliyev Davosda Stader ilə görüşdü
20 Yanvar 22:46
20 Yanvar 22:46
20 Yanvar 20:14
20 Yanvar 19:56
20 Yanvar 18:24
Kürdəmirdə itinə görə qonşusunu döyən 62 yaşlı şəxsə hökm oxunub.
Xalqcebhesi.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonunun Yenikənd kəndində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Yəhyanın iti qonşusu Azadın arvadına hürüb.
Azad isə Yəhyaya irad bildirərək ona itini niyə açıq saxladığını soruşub.
Yəhya onunla mübahisə edib, başı ilə Azadın sifət nahiyəsinə, əlindəki ağacla bədəninə vurub.
Məhkəmənin qərarı ilə Yəhya Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.