66 yaşlı kişini cərəyan vurdu Hadisə

66 yaşlı kişini cərəyan vurdu

Kürdəmirdə 66 yaşlı kişini cərəyan vuraraq öldürüb.

Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Nizami Şəməddin oğlu Qarayevi yaşadığı evdə elektrik cərəyanı vurub.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.