Binəqədidə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb Hadisə

Binəqədidə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

Binəqədidə külli miqdarda aksiz markasız siqaret aşkar edilib.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşlarının Bakı şəhəri Binəqədi rayonunda həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən və icarəsində olan anbardan Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmamış 182 600 ədəd siqaret aşkar edilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.