Türk Hava Yolları 13 ildən sonra yenidən Suriya səmasında Hadisə

Türk Hava Yolları 13 ildən sonra yenidən Suriya səmasında

61 illik Baas rejiminin devrilməsindən sonra azadlığını qazanan Suriyanın Türkiyə ilə əlaqələri günü-gündən güclənərkən, Türk Hava Yolları (THY) 13 ildən sonra ilk İstanbul-Dəməşq uçuşunu həyata keçirib.

Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “sabah.com.tr” saytı məlumat paylaşıb.

Məlumatda bildirilir ki, İstanbuldan səhər saat 09:00-da 349 sərnişinlə havaya qalxan Boeing 777 tipli sərnişin təyyarəsi saat 11:00-da Dəməşq Beynəlxalq Hava Limanına enişi ilə yeni dövrün qapıları açılıb.

Qeyd edək ki, Şama ilk uçuşunu 1984-cü il fevralın 22-də həyata keçirən THY, ölkədəki daxili iğtişaşlar səbəbindən 2012-ci il aprelin 1-də ölkəyə uçuşları dayandırmaq qərarına gəlib. THY-nin yenidən başlatdığı Şam səfərində duyğulu anlar yaşanıb. Səhər saatlarında İstanbul Hava Limanına gələn sərnişinlərdən bəziləri minmə qapısı qarşısında öz sevinclərini nümayiş etdirib.