KİV: Azərbaycanda proqram təminatı bazarı əhəmiyyətli böyüyəcək Hadisə

KİV: Azərbaycanda proqram təminatı bazarı əhəmiyyətli böyüyəcək

Azərbaycanda proqram təminatı (Software) bazarında yaxın illərdə əhəmiyyətli artımın olacağı gözlənilir.

"APA-Economics" xəbər verir ki, bu barədə "Statista" portalının proqnozunda qeyd edilib.

Belə ki, bu il bazar üzrə gəlirlərin 387 milyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. 2029-cu ilə qədər 5,09% illik artım tempi ilə bazarın həcmi 471,5 milyon ABŞ dollarına qədər böyüyəcək.

Cari ildə proqram təminatı bazarının müxtəlif seqmentləri arasında korporativ proqram təminatı (Enterprise Software) bazarı 163,5 milyon ABŞ dolları bazar həcmi ilə üstün mövqeyə sahib olacaq.

Portal bildirir ki, bu, ölkədə korporativ proqram həllərinin əhəmiyyətli mövcudluğunu göstərir.

“Azərbaycanda proqram təminatı bazarının sabit artım tempini qoruyacağı gözlənilir. Ölkədə proqram təminatı bazarı həm dövlət, həm də özəl sektorda rəqəmsal transformasiya təşəbbüslərinə güclə diqqətin sayəsində sürətlə inkişaf edir”, - deyə proqnozda qeyd edilib.