“Tramp Ukraynada müharibəni dayandıracaq məsələsi real görünmür”
24 Yanvar 20:57
24 Yanvar 20:57
24 Yanvar 19:55
24 Yanvar 18:21
23 Yanvar 19:31
Zaqatala şəhər sakini, 39 yaşlı İlkin Məmmədov Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan bir müddət sonra ölüb.
Xalqcebhesi.az Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən xəbər verir ki, İlkin Məmmədov axşam radələrində ağır formada tənginəfəs əlamətlərlə xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olub.
Həkimlər ilkin müayinə aparıb, müalicəyə başlasalar da, İlkin Məmmədovda ani ölüm qeydə alınıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma başlanılıb.