Baş Prokurorluq: 2024-cü ildə 41 şəxs Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub Hadisə

Baş Prokurorluq: 2024-cü ildə 41 şəxs Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub

2024-cü ildə 41 şəxs Ermənistanın mina terrorunun qurbanı olub.

Bunu yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.
Baş prokuror bildirib ki, 41 şəxs 2024-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub.

Onlardan, 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş prokuror, həmçinin, qeyd edib ki, 382 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.