Baş nazir AŞPA-nın qətnaməsini absurd adlandırıb Hadisə

Baş nazir AŞPA-nın qətnaməsini absurd adlandırıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkədə yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsini absurd adlandırıb.

O, “İmedi” telekanalının efirində belə deyib.

“Bu qərar Avropa bürokratiyasının kifayət qədər çətin vəziyyətdə olduğunu göstərir. Bu, həm Brüsselə, həm də Strasburqa aiddir. Bunun başqa bir təzahürü isə ədalətsizlikdən çox, tamamilə absurd qərar idi " ,- deyə, o qeyd edib.

Qeyd edək ki, 29 yanvar tarixində Avropa Şurası Parlament Assambleyası Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, “xarici agentlər” haqqında qanunun ləğvi tələb olunub. Tələblər yerinə yetirilənədək AŞPA-da Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq. Bundan sonra Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb.

Cavid