Aİ Ermənistandakı müşahidə missiyasının mandatını 2027-ci ilədək uzadıb Hadisə

Aİ Ermənistandakı müşahidə missiyasının mandatını 2027-ci ilədək uzadıb

Avropa İttifaqı (Aİ) təşkilatın Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatını daha iki il – 19 fevral 2027-ci ilədək uzadıb. Müvafiq qərarın mətni qurumun saytında yerləşdirilib. Missiyanın büdcəsi isə 20 fevral 2025-ci il tarixdən etibarən 44 milyon avroya çatdırılacaq. Qeyd edək ki, sözügedən missiyanın tərkibində Aİ-yə üzv 25 ölkə və Kanadanın təmsilçiləri yer alır.