İranın daha bir TIR-ı Zəngəzurda dərəyə aşdı Hadisə

İranın daha bir TIR-ı Zəngəzurda dərəyə aşdı

Yanvarın 30-da saat 16:15 radələrində İran İslam Respublikası vətəndaşı 44 yaşlı Namdar Qiqlou idarə etdiyi “Foton” markalı yük avtomobili ilə hərəkət zolağından çıxaraq yol kənarına aşıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qəza nəticəsində sürücü xəsarətlər alıb və Qarakilsə xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, İrandan Ermənistana gedən Tatev yolu həddən artıq əlverişsiz olduğundan, bu yolda İran yük maşınlarının az qala hər gün qəzaları baş verir. Buna baxmayaraq, İran TIR sürücüləri Azərbaycan ərazisindəki Eyvazlı keçidindən rüsuma görə istifadə etmək istəmirlər.