"Roşka"nın növbəti həbsi: İttiham irəli sürüldü Hadisə

"Roşka"nın növbəti həbsi: İttiham irəli sürüldü

"Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə yenidən həbs edilib.

Xalqcebhesi.az Trend-ə istinadən xəbər verir ki, o, canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə Rövşən Süleymanov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rövşən Süleymanzadə bir müddət əvvəl 45 sutka həbs edilmişdi.