Tərtərdə "Kalaşnikov" aşkarlanıb Hadisə

Tərtərdə "Kalaşnikov" aşkarlanıb

Tərtərdə "Kalaşnikov" aşkarlanıb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xasaybəy Sadıqlı saxlanılıb.

Ondan psixotrop maddə metamfetamin və “Kalaşnikov” avtomatı aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, X.Sadıqlı barəsində həbs qətimkan tədbiri seçilib.