Qusarda terrorçu qruplaşmanın yeraltı sığınacağında xeyli silah-sursat və terror təşkilatının simvolu olan bayraq götürülüb Hadisə

Qusarda terrorçu qruplaşmanın yeraltı sığınacağında xeyli silah-sursat və terror təşkilatının simvolu olan bayraq götürülüb

Azərbaycanda zərərsizləşdirilən terrorçu qruplaşmanın Qusar meşəsində yeraltı sığınacaqlarında xeyli silah-sursat, partlayıcı mexanizmlər aşkarlanıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Qeyd olunub ki, aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri tapılıb. Eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb.