Qazaxda qumbara aşkar edilib - FOTO Hadisə

Qazaxda qumbara aşkar edilib  - FOTO

Qazax şəhərində əl qumbarası aşkar edilib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, fevralın 3-də axşam radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə Qazax rayonunun Qazax şəhərində məişət tullantıları qutularının yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Agentliyin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb olunaraq, əraziyə baxış keçirib. Baxış zamanı 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilərək, zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılıb.

"Agentlik bir daha vətəndaşlara çağırış edərək bildirir ki, şübhəli əşyaya rast gəldikdə dərhal 805, 102 və ya 112 qaynar xətlərinə məlumat versinlər.

Unutmayın, partlamamış hərbi sursatlar da minalar qədər təhlükəli və ölümcüldür. Partlayıcı sursatlara yaxınlaşmayın, toxunmayın, onlara müdaxilə etməyə çalışmayın!", məlumatda deyilir.